Kanada hökuməti İran rəsmilərinin ölkəyə girişinin qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın Sərhəd Xidmətləri Agentliyi məlumat yayıb.
Bildirilib ki, İran hökumətinin onlarla yüksək vəzifəli rəsmisinin ölkəyə girişinin qarşısı alınıb. Sözügedən qurum Kanadada yaşayan və İran hökuməti ilə əlaqəsi ola biləcək 141 şəxsin də işinə baxıldığını bildirib.
Qeyd edək ki, 141 nəfərdən 38-nin Kanadadan deportasiya edilməsi və ya Tehranla əməkdaşlıq etmələrinə dair şübhələrin aradan qaldırılması səbəbindən istintaq başladılıb.