6 Dekabr 2023 10:03
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Səhiyyə Nazirliyi bu ölkədə qızılca epidemiyasının yayıldığını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki,bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb qızılcaya yoluxma hallarının həyəcanverici dərəcədə artımı, eləcə də xəstəxanaların uşaq və yoluxucu xəstəliklər şöbələrində çoxlu sayda yoluxmuş uşaqların olmasıdır.

Hazırda Rumıniyada iki mindən çox qızılcaya yoluxma halı qeydə alınıb. Bu xəstəlik ölkənin 41 regionundan 29-da aşkar edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər