“Donald Tramp Ağ Evdə yenidən görünməyə cəhd etməsəydi, çətin ki, ikinci müddətə namizəd olardım”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Tramp namizəd olmasaydı, namizəd olacağıma əmin deyildim. Amma ölkə naminə qalib gəlməsinə imkan verə bilmərik”, - ABŞ lideri vurğulayıb.
Bayden sələfinin kifayət qədər açıq oynadığını söyləyib:
“Tramp heç nəyi gizlətmir, bizə nə edəcəyini deyir. Bunu gizlətmir”.
Trampın geri çəkiləcəyi təqdirdə ikinci müddətə namizəd olub-olmayacağı sualına Bayden belə cavab verib: “Yox, indi yox”.