Müharibənin coğrafiyası genişlənir, hazırda planetdə 183 regional silahlı münaqişə var.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, bu, son 30 ilin rekordudur. Yeni araşdırma göstərir ki, münaqişələrin intensivliyi ildən-ilə artır.
Son araşdırmada bu münaqişələrə görə qurbanların sayının 14, zorakılıq hadisələrinin isə 28 faiz artdığı üzə çıxıb.