11 Dekabr 2023 18:24
7 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Xarici İşlər Nazirliyi Hindistan Konstitusiya Məhkəməsinin 2019-cu ildə Narendra Modi hökuməti tərəfindən qəbul edilmiş Cəmmu və Kəşmirin xüsusi statusunu konstitusiyaya uyğun olaraq ləğv etmək qərarına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada Cəmmu və Kəşmirin 70 ildən çoxdur BMT Təhlükəsizlik Şurasının gündəmində olan beynəlxalq səviyyədə tanınmış bir məsələ olduğu vurğulanıb.

Pakistan XİN Cəmmu və Kəşmirlə bağlı son qərarın BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq bölgə xalqının istəklərinə uyğun olaraq verilməli olduğunu və məhkəmə qərarının rədd edildiyini bildirib.

Açıqlamada Hindistanın Kəşmir xalqının və Pakistanın iradəsinə zidd olaraq bölgənin statusu ilə bağlı birtərəfli qərar qəbul etmək hüququ olmadığı diqqətə çatdırılıb.

“Pakistan Hindistan Konstitusiyasının Cəmmu və Kəşmir üzərində üstünlüyünü tanımır. Hindistan Konstitusiyası ilə idarə olunan hər hansı prosesin heç bir hüquqi əhəmiyyəti yoxdur”, - XİN qeyd edib.

Açıqlamada Hindistanın 5 avqust 2019-cu il tarixindən etibarən Cəmmu və Kəşmirin demoqrafik durumunu və siyasi mühitini dəyişdirməyi hədəfləyən birtərəfli və qeyri-legitim addımlarının beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması olduğu vurğulanıb.

Həmçinin qeyd olunub ki, Pakistanın Cəmmu və Kəşmir xalqına siyasi, diplomatik və mənəvi dəstəyi öz müqəddəratını təyinetmə hüququ verilənə qədər davam edəcək.

Hindistanın Konstitusiya Məhkəməsi bundan əvvəl Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hökumət tərəfindən 2019-cu ildə qəbul edilmiş Cəmmu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı qərarı konstitusiyaya uyğun hesab edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər