Qazaxıstanda insan tələfatı ilə nəticələnən təyyarə qəzası baş verib. Bədbəxt hadisə ölkənin Jambıl vilayətində yaşanıb.
“An-2” tipli təyyarənin qəzaya uğraması nəticəsində hava gəmisində olan 7 nəfərdən 6-ı həlak olub. 1 nəfər isə xoşbəxt təsadüf nəticəsində salamat qalıb.
Teleqraf.com-un “BBC”-yə istinadən məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama yayıb:
“Qəza nəticəsində ekipajın 3 üzvü və 3 sərnişin yerindəcə dünyasını dəyişib. Hadisə yerində aşkar edilən sağ qalmış qadın dərhal xəstəxanaya çatdırılıb”.
Təyyarənin Balxaş-Şatırgöl marşrutu üzrə hərəkət edərkən qəzaya uğradığı bəlli olub.