Türkiyənin müxalif İYİ Partiyasından istefa verən millət vəkili Adnan Beker seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğana səs verdiyini etiraf edib.
Teleqraf.com xəbər verir ki, Beker mayın 14-də keçirilən ilk turda səs vermədiyini də bildirib.
“Mən Kamal bəyə (CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlu – red.) səs verməmişəm, ona səs də istəməmişəm”, - millət vəkili deyib.
“Cənab Ərdoğana səs verdiniz” sualına Beker belə cavab verib:
“Başqa namizəd yox idi”.
Qeyd edək ki, İYİ Partiyanın sədri Maral Akşənərdir.