ABŞ yeni yardım paketinin bir hissəsi olaraq hava hücumundan müdafiə və artilleriya sursatları və HIMARS çoxfunksiyalı raket sistemlərini Kiyevə təhvil verəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, bura həmçinin HARM anti-radar raketləri və tank əleyhinə döyüş sursatları daxildir:
“Paketə daxil olan silahlar arasında zenit sursatları, hava hücumundan müdafiə sistemi komponentləri, əlavə HIMARS sursatları, 155 mm və 105 mm kalibrli artilleriya sursatları, HARM yüksəksürətli radar əleyhinə raketlər, tank əleyhinə sursatlar var”.
Blinken qeyd edib ki, yeni yardım paketi Ukrayna üçün sonunculardan biri olacaq.