14 Dekabr 2023 20:39
3 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya “Abxaziyanın müstəqilliyi”nin (Gürcüstan ərazisi – red.) ərəb ölkələri tərəfindən tanınmasını genişləndirməkdən ötrü hər cür səyi göstərəcək.

Teleqraf.com xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə Abxaziyadakı separatçı rejimin “xarici işlər naziri” İnal Ardzinba ilə görüşü zamanı deyib.

Tərəflər Abxaziya və Suriya iqtisadiyyatlarının inkişafı üçün xarici investisiyaların cəlb edilməsi ilə bağlı məsələləri də müzakirə ediblər. Bu baxımdan Rusiya və Belarus investorları ilə Abxaziya-Suriya birgə fəaliyyətinin aktuallığı qeyd olunub.

Əsədlə görüş prezident sarayında baş tutub.

Görüş zamanı Əsəd 2024-cü ildə Abxaziyaya səfər dəvətini qəbul edib. Suriya lideri separatçı bölgəni gələn ilin avqust-sentyabr aylarında keçiriləcək Dəməşq beynəlxalq yarmarkasında iştirak etməyə çağırıb.

Abxaz separatçısı dekabrın 10-dan Suriyadadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər