İranın Fars əyalətində SU-22 tipli qırıcı təyyarə qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, pilotun təhlükəsiz eniş etdiyi və heç bir can itkisinin olmadığı bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Qəzaya uğrayan təyyarə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsusdur.
Rusiyada istehsalı olunan SU-17 təyyarəsinin ixrac modeli olan SU-22 İran tərəfindən fəal şəkildə istifadə olunur.
2022-ci ilin sentyabrında da Hörmüzqan vilayətində SU-22 texniki nasazlıq səbəbindən qəzaya uğramışdı.