Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyadakı hərbi obyektlərə, o cümlədən Moskva şəhərindəki hava limanlarına PUA-larla hücum əmri verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
“Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin işğalçı dövlətin hərbi obyektlərinə qarşı əməliyyatı davam edir”, - məlumatda deyilir.
Qeyd edilir ki, hərbi obyektlərlə yanaşı, dronlar Moskva hava limanlarına istiqamətlənib:
“Əməliyyat hələ başa çatmayıb”.
Rusiya dekabrın 19-da Moskvaya pilotsuz təyyarə hücumu olduğunu açıqlayıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hücum Odintsovo şəhər dairəsində hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib. Həmin gün Vnukovo və Domodedovo hava limanlarında uçuşlar gecikib.
Həmçinin dekabrın 19-da Kaluqa və Bryansk vilayətlərində Ukrayna PUA-ları aşkarlanıb.