22 Dekabr 2023 23:43
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya polisi Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində silahlı hücum təşkil edən tələbənin hərəkətlərinə haqq qazandıran dörd nəfəri saxlayıb. Saxlananlar arasında həmçinin 14 yaşlı məktəbli də olub.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə respublika polisinin rəhbəri Martin Vondraşek məlumat verib.

Məlumata görə, Olomouski diyarında (respublikanın şimal-şərqində) orta məktəblərdən birinin şagirdi olan 14 yaşlı oğlan təhsil aldığı məktəbdə kütləvi atışma törədəcəyini bəyan edib. Tələbə yetkinlik yaşına çatmadığına görə onu cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.

Vondraşekin sözlərinə görə, polis Praqada atışma törədən tələbənin ailəsini təhdid edənlərə qarşı da tədbirlər görür.

Xatırladaq ki, atışmada intihar edən cinayətkar da daxil olmaqla ümumilikdə 15 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər