Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin son həftəsində ölkənin Nazirlər Kabinetinin üzvləri ilə görüş keçirməyi planlaşdırmır.
Teleqraf.com "TASS"- a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, dövlət başçısının növbəti həftə üçün iş qrafiki kifayət qədər sıx və gərgindir. Hökumət nümayəndələri ilə görüş Rusiya liderinin proqramına daxil edilməyib.