25 Dekabr 2023 11:52
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırana qədər girovların azad edilməsi ilə bağlı istənilən danışıqları rədd edir.

Teleqraf.com xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun xarici ölkələrlə əlaqələr üzrə rəhbəri Əli Baraka məlumat verib.

Onun sözlərinə görə, HƏMAS bir sıra təkliflər irəli sürülüb və danışıqlarla bağlı mövqeyi bəllidir:

“HƏMAS son bir neçə həftə ərzində atəşkəslə bağlı istənilən təklifi rədd edib və bütün müqavimət qruplarının bu məsələdə mövqeyi yekdildir, təcavüz dayandırılmalı, keçid məntəqələri açılmalı, yaralılar çıxarılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər