25 Dekabr 2023 13:39
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə müharibə başlayandan bəri Rusiya ordusu ciddi itki verib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, NATO-nun Avropa qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis deyib.

Admiral müharibə zamanı Rusiya silahlı qüvvələrinin yarısının məhv edildiyini bildirib.

Eyni zamanda, Stavridis qeyd edib ki, ABŞ hakimiyyəti haqlı tərəf olan Ukraynaya hərbi dəstək verməlidir.

“Rusiya ordusunun yarısı bir nəfər də olsun Amerika əsgəri öldürülmədən, hətta riskə atılmadan məhv edilib. Ən əsası, ABŞ bunu illik müdafiə büdcəsinin 5 faizlik ekvivalentində edib”, - admiral vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər