ABŞ ordusu İraqdakı hərbi bazasına PUA hücumuna cavab olaraq İranın dəstəklədiyi “Kətaib Hizbullah” terror qruplaşmasına aid hədəflərə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Votson bildirib.
Onun sözlərinə görə, terror qruplaşmasının PUA hücumu nəticəsində biri ağır olmaqla üç ABŞ hərbçisi yaralanıb.
Hücumu “Kətaib Hizbullah” və ona bağlı silahlı qruplaşmalar öz üzərinə götürüb. Bundan sonra ABŞ Prezident Co Bayden “Kətaib Hizbullah” və onunla əlaqəli qruplaşmaların üç hədəfinə zərbələr endirməyi əmr edib.
“Hücumlar davam edərsə, Birləşmiş Ştatlar seçdiyimiz vaxtda və şəkildə hərəkət edəcək”, - Votson deyib.