26 Dekabr 2023 13:46
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda Türkiyədən alınan ANKA-S pilotsuz uçan aparatların (PUA) ordunun donanmasına daxil edilməsi sınaqlarına başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim Mərkəzinin rəisi Şokan Musabəkov ANKA-S-lərin uçuşlarının ilk dəfə Qazaxıstan hərbçilərinin nəzarəti altında həyata keçirildiyini açıqlayıb. O qeyd edib ki, hərbi sınaqlar uğurla başa çatsa, Türkiyə PUA-ları Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin donanmasına daxil ediləcək.

Qanadları 18 metrə qədər çatan ANKA-S-lərin uçuş sürətinin 120-270 km arasında dəyişdiyini bildirən Musabəkov PUA-ların səmada 27 saata qədər fasiləsiz işlədiyini də deyib.

Mayor Nikolay Kirillov da ANKA-S-lərin əvvəllər istifadə etdikləri sistemlərə bənzəmədiyini vurğulayıb:

“ANKA-S öyrəşdiyimiz sistemlərdən fərqli fəaliyyət göstərir. Düşünürəm ki, türkiyəli mütəxəssislərin texniki dəstəyi ilə bu sistemi qısa vaxtda mənimsəyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər