Rusiya tezliklə Finlandiya və Norveçlə həmsərhəd olan Şimal Hərbi Dairəsində özünün ən yeni haubitsalarını yerləşdirəcək.
Teleqraf.com xəbər verir ki, bunu “Rostek” korporasiyasının rəhbəri Sergey Çemezov deyib.
Çemezov yeni “Koalisiya-SV” özüyeriyən artilleriya sistemlərinin sınaqlarının başa çatdığını, artıq seriyalı istehsalına başlandığını açıqlayıb.
Onun sözlərinə görə, ilk partiya bu ilin sonuna kimi təhvil veriləcək.
“Düşünürəm ki, yaxın gələcəkdə orada (Şimali Hərbi Dairəsində) görünəcəklər. Bu sinfə aid haubitsalar atəş məsafəsinə görə Qərb artilleriya modelləri üzərində üstünlüyü təmin etmək üçün lazımdır”, - Çemezov bildirib.
Finlandiya NATO-ya üzv olduqdan sonra Rusiya qərb sərhədlərində hərbi qüvvə yerləşdirəcəyi barədə xəbərdarlıq etmişdi.