Avropa Komissiyasının sabiq prezidenti, Fransanın siyasi və dövlət xadimi Jak Delor vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyinə siyasətçinin qızı, Lill meri Martin Obri deyib.
Məlumata əsasən, J.Delorun 98 yaşı olub.
"O, bu səhər Parisdəki evində yuxuda ölüb", - deyə siyasətçinin qızı bildirib.