Moskva hesab edir ki, ABŞ Rusiya ilə münasibətləri tamamilə pozmaqdan ehtiyatlanır, amma hələlik Moskvanın maraqlarına da hörmət etməyə hazır deyil.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ağ Ev hələ də münasibətlərə dair hər şeyi məhv etməkdən ehtiyatlansa da, amerikalılar açıq şəkildə qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsasında ədalətli dialoq aparmağa hazır deyillər”, – nazir bildirib.
Lavrovun sözlərinə görə, yalnız ABŞ Rusiyanın fundamental milli maraqlarını tanıdıqdan və ciddi danışıqlara başladıqdan sonra müəyyən sahələrdə qarşılıqlı fəaliyyətlə dinc yanaşı yaşamaq formuluna nail olmaq mümkündür.
Nazir əlavə edib ki, Rusiyaya strateji məğlubiyyət yaşatmaq missiyasını doktrinal şəkildə rəsmiləşdirən ABŞ-nin günahı ucbatından ikitərəfli münasibətlər son həddə qədər pisləşib.