İsrail ordusunun HƏMAS-a qarşı hərbi taktikası doğru deyil.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı keçmiş kəşfiyyat zabiti Skott Ritter deyib.
“İsrail adi hərbi qüvvə ilə döyüşmür, taktikaları doğru deyil. Taktika səhvdir, çünki bu, lazımi şəkildə öyrədilməmiş ordu tərəfindən həyata keçirilir. İsrail Hərbi Hava Qüvvələrini Qəzzadakı tənlikdən çıxarsanız, HƏMAS oradakı bütün İsrail hərbçilərini öldürəcək”, - keçmiş kəşfiyyatçı bildirib.
Ritter hesab edir ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) əməliyyatları çox səliqəsiz və diqqətsiz aparır:
“Təhlükəsizlik deyilən bir şey yoxdur. HƏMAS meydana çıxıb İsrail tanklarını və hərbçilərini öldürə bilər. Zirehli texnikalar piyadaların dəstəyi olmadan irəliləyir, çünki piyadalar çəkinirlər.
İsrail HƏMAS kimi bir düşmənə qarşı müəyyən dərəcədə adekvatdır. Amma onlar “Hizbullah”a qarşı vuruşsalar, yəni münaqişənin genişlənməsi “Hizbullah”ı əhatə edərsə, “Hizbullah” qalib gələcək. İsrail bu müharibəyə hazır deyil, “Hizbullah”a qarşı savaşa getsələr, məhv olacaqlar”.