3 Yanvar 18:36
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna şəhərlərinə zərbələrindən sonra Polşa Xarici İşlər Nazirliyi sərt bəyanatla çıxış edərək Kremlə təzyiqlərin artırılmasına çağırış edib.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Biz Ukraynadakı son hücuma Putinin başa düşəcəyi tərzdə cavab verməliyik. Onlara qarşı sanksiya qərarları qəbul edilməlidir. Kiyevi isə uzaqmənzilli raketlərlə təmin etməliyik ki, ruslara qarşı müdafiə oluna bilsinlər", - deyə nazir vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər