4 Yanvar 00:12
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Xarici İşlər Nazirliyinin Ukrayna Silahlı Qüvvələrinin Belqoroda zərbəsini “özünümüdafiə hüququ” kimi qiymətləndirən bəyanatına cavab verib.

Teleqraf.com xəbər verir ki, Medvedyev Fransa XİN nümayəndələrini “əclaf” və “idbar” adlandırıb və qeyd edib ki, ruslar fransızları heç vaxt sevməyiblər, çünki onlar ruslarla vuruşublar.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Xarici İşlər Nazirliyi Belqorodun atəşə tutulması nəticəsində 25 nəfərin ölməsi, yüzdən çox insanın yaralanmasını pisləməkdən imtina edib. Qurum Ukrayna Silahlı Qüvvələrinin kaset bombalarından istifadə etməsini “qanuni müdafiə hüququ” kimi qiymətləndirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər