Yaponiyanın İsikava prefekturasında baş verən zəlzələdən sonra 51 nəfər itkin düşüb. Ölənlərin sayı isə 78-ə çatıb.
Teleqraf.com xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kisida xalqa müraciət edib.
O bildirib ki, səyləri birləşdirərək, nəticəyə nail olmaq üçün hər kəs əlindən gələni etsin.
Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Ümumilikdə iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub.