Hindistan Ukraynaya artilleriya sursatları göndərməyib.
Teleqraf.com "TASS"- a istinadən xəbər verir ki, bunu Nyu-Dehlidə keçirdiyi brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval Ukraynaya Hindistan mərmilərinin tədarükü ilə bağlı mediada yayılan məlumatlarla bağlı sualı cavablandırarkən deyib.
“Qətiyyətlə deyə bilərik ki, biz Ukraynaya heç bir artilleriya sursatı göndərməmişik".