İsveçdə yağan güclü qar həyatı iflic edib.
Teleqraf.com xəbər verir ki, ölkənin cənubuna yağan güclü qar və şiddətli fırtına səbəbindən Hörbi və Kristianstad arasındakı magistralda nəqliyyatın hərəkəti dayanıb.
Minlərlə avtomobil yolda qalıb, bölgəyə xilasetmə qrupları göndərilib. Həmçinin yollarda qara yaxalanan insanlara yemək və su çatdırmaq üçün İsveç ordusu da bölgəyə cəlb edilib. İsveç Nəqliyyat Agentliyi sabah səhər saatlarında avtomobil yolunda hərəkətin bərpa olunacağını açıqlayıb.