7 Yanvar 21:57
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu kabinet iclaslarına qatılan nazirlər üçün yalan detektoru testləri ilə bağlı qanun qəbul etmək istədiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, İsrailin baş naziri Netanyahu təhlükəsizlik və kabinet iclaslarına qatılan bütün nazirlərin poliqrafiya testi ilə bağlı qanun təklif etməyi planlaşdırdığını deyib.

Qeyd edilir ki, Təhlükəsizlik Kabinetinin yanvarın 4-də keçirilən iclasında Baş Qərargah rəisi Herzi Halevi başda olmaqla bir çox nazir və ordu nümayəndələri arasında qızğın müzakirələr yaşanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər