Ukrayna və Rusiya silahlı qüvvələri Kupyan – Svatov - Kreminna xəttində mövqe döyüşlərini davam etdirirlər, amma cəbhə xəttində təsdiqlənmiş dəyişiklik yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Xüsusilə, mövqe döyüşləri Sinkivka, Liman, İvanovka və Petropavlivka, Kreminnayanın qərbində - Yampolivka və Ternıda gedir.
Rusiya mənbələri Sinkivka yaxınlığında bir neçə mövqeni tutduqlarını, Kreminnanın şimal-qərb və qərbində, Torski, Ternı və Yampolivkada bəzi əraziləri götürdüklərini iddia edirlər. ISW bu iddianın vizual təsdiqini tapmayıb.
Rusiyanın 1-ci Qvardiya Tank Ordusunun (Qərb Hərbi Dairəsi) bölmələri Kupyan istiqamətində əməliyyat aparır.
Bundan əlavə, ISW Baxmut və Avdivdə mövqe döyüşlərinin davam etdiyini və bu yöndə də təsdiqlənmiş dəyişikliyin olmadığını bildirib. Bununla belə, ruslar Marin şəhərinin ərazisində irəliləyiblər. Söhbət şəhərin qərbindən və Novomixaylovka ərazisindən gedir.
Georgivka və Novomixaylivka ərazilərində də mövqe döyüşləri gedir.