22 Yanvar 2015 17:20
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişdə türk nümayəndə heyətinin qaldığı otelin qarşısında kamikadze özünü partladıb.

Teleqraf.com "reuters"ə istinadən xəbər verir ki, yayılan məlumatlarda çoxlu sayda ölən və yaralanın olduğu bildirilib. Rəsmilər isə türk nümayəndə heyətindən heç kimin xəsarət almadığını açıqlayıblar.

Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı 3 Somali vətəndaşı həyatını itirib, biri isə yaralanıb.

Hücumdan sonra açıqlama verən Türkiyə baş naziri Əhməd Davudoğlu məsələ ilə bağlı araşdırmalar aparılacağını deyib.

Bu arada, hücumda məsuliyyəti “Əl-Qaidə” terror təşkilatının qolu sayılan “Əl-Nusra” cəbhəsi öz üzərinə götürüb.

Qeyd edək ki, Afrika səfəri çərçivəsində bu gün Efiopiyada görüşlər keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Moqadişə gedəcəyi gözlənilir.

Samir


Somali'deki Saldırı Sonrası Olay Yerinden İlk... sondakika


Müəllif:

Oxşar xəbərlər