Türkiyə yaxın vaxtlarda ABŞ-dən F-16 döyüş təyyarələrini təhvil alacaq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin ABŞ-dəki səfiri Həsən Murad Mərcan deyib.
Diplomat bütün problemlərə baxmayaraq, səylər nəticəsində Türkiyə-ABŞ əlaqələrində dialoqların daha da inkişaf etdiyini bildirib.
“Bütün bunlar baş verdi. İnşallah, tezliklə F-16-lar da olacaq. Uzun illərdən sonra ilk dəfə Konqres təsdiq edərsə, ilk dəfə F-16-ları Konqresin təsdiqi prosesindən keçirmiş olacağıq. Bunlar belə yüklənmiş paket üçün müsbət irəliləyişlərdir”, - Mərcan vurğulayıb.