12 Yanvar 09:41
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Böyük Britaniya qüvvələri Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husi yaraqlılarının (“Ənsarallah” qruplaşması) istifadə etdiyi ərazilərə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

“Bu zərbələr husilərin Qırmızı dənizdə beynəlxalq xətlərdə üzən gəmilərə qarşı misli görünməmiş hücumlarına, o cümlədən tarixdə ilk dəfə gəmi əleyhinə ballistik raketlərin istifadəsinə birbaşa cavabdır”, - Amerika lideri deyib.

Baydenin sözlərinə görə, bu hücumlar ABŞ-nin şəxsi heyətini, mülki dənizçiləri və Vaşinqtonun tərəfdaşlarını, eləcə də ticarəti təhlükə altına qoyur və naviqasiya azadlığını təhdid edirdi.

Bayden insanları və ticarətin sərbəst axınını qorumaq üçün əlavə tədbirlər görməkdən çəkinməyəcəyini söyləyib.

ABŞ lideri əməliyyat qərarını özü verdiyini də vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər