22 Yanvar 2015 17:38
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti Yəməndə silahlı qarşıdurmanın şiddətlənməsindən narahatlığını ifadə edərək, münaqişə tərəflərini qarşılıqlı münasibətdə dözümlü, təmkinli olmağa səsləyib.

Yəməndə Ənsarullah Hərəkatının (Husilər) Prezident Sarayını ələ keçirməsi yaranmış siyasi gərginliyi daha da kəskinləşdirib. BMT-nin Yəməndə mövcud iqtidarın legitimliyini tanımasından sonra tərəflər arasında anlaşma əldə olunsa da, gərginlik və silahlı toqquşmalar davam edir.

İran Xarici İşlər Nazirliyinin yaranmış insidentlə bağlı rəsmi bəyanatında tərəflər milli dialoqu davam etdirməyə, sakitliyi bərpa etməyə, kiçik fikir ayrılıqlarını sükutla, anlayışla qarşılamağa dəvət edilirlər.

Nazirliyin sözçüsü Mərziyə Əfham bildirib ki, milli dialoq görüşmələri qərarlarının tam tətbiq olunması halında sabitlik və təhlükəsizlik Yəmənə yenidən geri dönəcək.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər