12 Yanvar 17:18
10 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Ukraynaya rəsmi hərbi kontingentinin yerləşdirilməsi Rusiyaya müharibə elanı demək olacaq. Rusiya ingilislərin bunu anlayacağına ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Britaniya Baş naziri Rişi Sunakın Ukraynaya səfərini şərh edərkən deyib.

“Britaniya Baş naziri Rişi Sunak “tarixi təhlükəsizlik sazişi” imzalamaq üçün Kiyevə gəlib. Bizim Belqorodun mülki əhalisinin başına gəldiyi kimi, Kiyevin mərkəzində Britaniya nümayəndə heyətinin kasetli sursatlardan atəşə tutulmasına Qərb ictimaiyyəti necə reaksiya verərdi?

Ümid edirəm, bizim əbədi düşmənlərimiz, təkəbbürlü ingilislər anlayırlar ki, rəsmi hərbi kontingentlərinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elan etmək demək olacaq”, - Medvedev bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər