ABŞ-ın F-16 qırıcıları Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsə belə, yerli qırıcılar Mariupolu azad etməyə qadirdir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun keçmiş Azov komandiri Maksim Jorin deyib.
"Biz bu həmləni F-16-lar olmadan belə edə bilərik. Ukrayna ordusuna verilən Qərb silahları işi asanlaşdırır. Amma şübhəsiz ki, Ukrayna ərazilərinin ruslardan azad edilməsini tam təmin etmir. F-16-lar fantastikdir, Ukraynanın irəliləməsini asanlaşdıracaq. Amma başa düşmək lazımdır ki, cəbhədəki bütün problemləri həll edə biləcək belə bir silah yoxdur. Qələbəni çətin döyüşlərlə, qan və tərlə əldə etmək olar. Biz bu cür qalib gələcəyik. Yeganə yolumuz budur", - Jorin vurğulayıb.