Yəmənin dörd cənub əyaləti prezident Əbdurabbu Mənsur Hadinin istefa verəcəyi təqdirdə itaətsizliyə əl atacağını bəyan edib. Teleqraf.com-un "Frans Press"ə istinadən məlumatına görə, şiələrə qarşı çıxan əyalətlər Aden, Abyan, Lahc və Əd-Dalidir.
Qeyd edək ki, Yəmən prezidenti Əbdurabbu Mənsur Hadi istefa verib. Daha sonra bəlli olub ki, parlament istefanı qəbul etməyib və bu gün səhər ali qanunverici orqanın növbədənkənar iclası keçiriləcək.
Bu arada isə şiə üsyançıların lideri Yəməndə Prezident Şurasının yaradılmasını təklif edib.