17 Yanvar 11:26
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bağdad İrandan İraqın suveren ərazisinə təcavüzlə əlaqədar BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Dünən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Şimali İraqa hava zərbələri endirib. Bundan sonra tərəflər arasında gərginlik başlayıb, İraq Tehrandakı səfirini geri çağırıb. İran hücumun “İsrail casuslarının təhdidlərinin qarşısını almaq” məqsədi daşıdığını iddia edir.

SEPAH İŞİD-in Suriyanın İdlib vilayətindəki mövqelərinə 4 “Xeybər” raketi, İraqın şimalındakı kürd bölgəsinə 11 ballistik raket atdığını və burada İsrailin kəşfiyyatının (MOSSAD) mərkəzini vurduğunu bildirib. İraq hökuməti bölgədə MOSSAD-ın qərargahının olmadığını açıqlayıb.

Rəsmi Bağdad İranın addımını “İraqın suverenliyinin açıq şəkildə pozulması, mehriban qonşuluq və beynəlxalq hüquq prinsiplərinə zidd davranış və regionun təhlükəsizliyinə təhdid” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər