HƏMAS Hərəkatı Almaniyanın İsrailə 10 min tank sursatı göndərmə planını “Qəzzadakı soyqırımına ortaq olma” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Fələstin hərəkatı bu addımın Almaniyanı İsraillə müharibədə birbaşa tərəfə çevirəcəyini bildirib.
“Görünür, Almaniya bəşəriyyətə qarşı günahlarla dolu tarixini yenidən təkrarlayır, yaxın keçmişdən alınan bütün dərslər ona əngəl olmayıb. Xalqımız ona qarşı hücumda iştirak edən, bütün tabuları pozan bu qatil düşmənə himayədarlıq edən heç kimi unutmayacaq və bağışlamayacaq”, - HƏMAS-ın bəyanatda deyilir.