18 Yanvar 12:14
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran İrandakı hədəflərə raket hücumları ilə bağlı Pakistandan izahat tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Press TV”yə İranın təhlükəsizlik orqanlarının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, İran Sistan-Bəlucistan əyaləti ərazisinə raket hücumları ilə bağlı rəsmi Pakistandan dərhal izahat tələb edib.

Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, Pakistan hərbçiləri antiterror əməliyyatı keçirib, əməliyyat çərçivəsində İranın Sistan-Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. Hücumda çoxlu sayda terrorçu məhv edilib.

Yanvarın 16-da da İran Pakistan ərazisinə hava zərbələri endirilmişdi. Hücumda iki uşaq həlak olub, üçü yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər