Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Qərar İranla münasibətlərin kəskinləşməsi fonunda qəbul edilib.
“Pakistan Silahlı Qüvvələri son dərəcə yüksək döyüş hazırlığı vəziyyətindədir”, - məlumatda deyilir.
Agentlik Pakistan kəşfiyyatına istinadla yazır ki, İran tərəfinin istənilən avantürası sərt cavab alacaq.
Pakistan bu gün İranın Sistan-Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda terrorçunun məhv edildiyi bildirilir. Pakistan bu addımı İranın yanvarın 16-da öz ərazisinə hava zərbələri endirməsinə cavab olaraq atıb.