ABŞ hökuməti ixrac qaydalarını pozan şirkətlərə qarşı daha sərt cərimələr tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nümayəndəsi Metyu Akselrod məlumat verib.
“Hamının diqqətini cəlb edəcək bəzi cərimələr tətbiq etməli olacağıq. Bu, Çin, Rusiya və İran kimi dövlətlərin iştirakı ilə növbəti pozuntuların qarşısını almalıdır”, - ölkə rəsmisi bildirib.