22 Yanvar 16:05
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kirman şəhərində baş verən partlayışa görə səfəri təxirə salınan İbrahim Rəisinin Türkiyə səfəri yanvarın 24-də baş tutacaq.

Teleqraf.com xəbər verir ki, Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası çərçivəsində baş tutacaq görüşlərdə ticarət, iqtisadiyyat, mədəniyyət və elm kimi ayrı-ayrı mövzularda təxminən 10 razılaşmanın imzalanacağı gözlənilir.

Şuranın ilk iclası 2014-cü il iyunun 9-da Ankarada keçirilib. Toplantıya o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan və İranın o zamankı prezidenti Həsən Ruhani sədrlik edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sıx diplomatik proqramında Rəisidən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi gözlənilir. Rusiya lideri ilə görüşdə Qəzza, Rusiya-Ukrayna müharibəsi və Qırmızı dəniz məsələləri müzakirə olunacaq.

Vladimir Putinin qardaş ölkəyə fevralın 12-də gələcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu