Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə birlikdə tələbələrlə görüşdə çıxışı zamanı deyib.
“Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var. Onlar Rusiyanın eskalasiyasından qorxurlar. Bu, Ukraynaya qarşı xəyanətdir”, - o bildirib.
V.Zelenski konkret ölkə adı çəkməyib.