Husilər Ədən körfəzində “Ocean Jazz” yük gəmisinə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yəmən üsyançılarının hərbi nümayəndəsi Yəhya Sariya “X” səhifəsində bildirib.
Gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olduğu deyilir.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.