23 Yanvar 10:53
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Taliban hökuməti subay və ya qəyyumsuz qadınların iş, səyahət və səhiyyə xidmətlərinə çıxışını məhdudlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

BMT-yə görə, Taliban rejimi qadınlar üzərində təzyiqlərini sərtləşdirib. Ölkədə rəsmi kişi qəyyumluq qanunları yoxdur, amma Taliban bəyan edib ki, qadınlar qan və ya nikah qohumu olduğu kişi olmadan harasa gedə bilməzlər.

BMT qeyd edir ki, Əfqanıstanda subay qadınlar işlərini itirə bilərlər. Talibanın qaydalarına görə, işləmək istəyən qadınlar evlənməlidir. Subay qadınlara işlədikləri yerlərdə evlənmək məsləhəti də verilir.

Dekabrda Paktiya əyalətində hicabsız qadınların tibb müəssisələrinə getmələri qadağan edilib. Ötən ilin oktyabrında 3 qadın tibb işçisi həyat yoldaşları olmadan işə getdikləri üçün saxlanılıb.

Ölkədə hicab yoxlamaları da sərtləşdirilib.

Əfqanıstanda zorakılıq və şiddətə məruz qalan qadınların həbs edilmələri barədə iddialar da var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər