Polşa hərbi aviasiyasını Rusiyanın Ukraynaya kütləvi raket zərbələri fonunda aktivləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
Açıqlamada deyilir ki, Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri prosedurlar işə salınıb, vəziyyət daim nəzarətdə saxlanılır.
Komandanlığın Polşa aviasiyası və müttəfiqlərin (NATO) təyyarələrinin işə salınması ilə bağlı xəbərdarlığında qeyd edilir ki, bu səbəbdən ölkənin cənub-şərq bölgəsində səs-küyün artması müşahidə oluna bilər.
Bu gün səhər Ukrayna Hərbi Hava Qüvvələri Rusiya bombardmançılarından qanadlı raketlərin buraxılması barədə məlumat verib. Ukraynanın Kiyev, Xarkov, Pavloqrad, Şostka və digər yaşayış məntəqələri hücuma məruz qalıb.