İsrail Qəzza zolağında tam qələbəyə qədər mübarizəni davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu yanvarın 22-də Qəzzada baş verən döyüşlərdə 20-dən çox hərbçinin həlak olmasından sonra belə bir bəyanatla çıxış edib.
“Dünən müharibə başlayandan bəri ən ağır günlərdən birini yaşadıq. Qəhrəmanlarımız və canımız bahasına tam qələbəyə qədər mübarizəmizi dayandırmayacağıq”, - baş nazir deyib.
Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri döyüşlərlə bağlı araşdırmaya başlayıb:
“Lazımi dərsləri öyrənməli, döyüşçülərimizin həyatını qorumaq üçün hər şeyi etməliyik”.