300-dən çox çinli İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının sıralarına qoşulmaq üçün Malaziya torpaqlarından istifadə edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Malayziya daxili işlər naziri Ahmad Zaid Hamidi açıqlama verib. Onun sözlərinə görə, bu məsələ Malaziya hökumətini ciddi narahat edir.
Hamidi həmçinin ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün müvafiq addımların atılacağını qeyd edib.
Samir