Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi bu ölkənin suveren qərarıdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, Türkiyə parlamentinin qərarıdır, Türkiyə NATO-nun üzvüdür, bu, aşkar faktdır. Öhdəlikləri, müttəfiqlərlə danışıqlar prosesləri var, bu da Türkiyənin suveren qərarıdır”, - Peskov bildirib.