Ukrayna yaxın gələcəkdə itirdiyi əraziləri qaytara bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.
“Ukrayna hazırda elə bir vəziyyətdə deyil ki, heç olmasa yaxın gələcəkdə Rusiyanı öz suveren ərazisindən tamamilə sıxışdırıb çıxara bilsin”, - dövlət başçısı bildirib.
Pavel əlavə edib ki, Rusiya adi düşmən deyil, vəziyyəti real qiymətləndirmək lazımdır.
“Baş verənlərə çox da optimist yox, realist baxmalıyıq”, – Çexiya lideri vurğulayıb.