29 Yanvar 10:07
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hazırda diqqətini Ukrayna ilə müharibəyə yönəltsə də, Qərb dövlətləri artıq bu ölkənin digər Avropa ölkələrinin təhlükəsizliyinə qəsd edə biləcəyindən narahatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” yazır.

Nəşr iddia edir ki, Moskva alyansa qarşı müharibəyə başlasa, NATO Rusiyanın bütün Avropa, xüsusən də Almaniyadakı hədəflərə mümkün zərbələrinə hazırlaşmalı olacaq. Yüksək rütbəli generallar bu barədə xəbərdarlıq ediblər.

NATO-nun Almaniyadakı hərbi logistika mərkəzinin komandanı general-leytenant Aleksandr Solfrank müttəfiqləri qoşun və texnikanın hərəkətini çətinləşdirən bürokratik prosedurları sadələşdirməyə çağırıb. Onun fikrincə, gərginlik zamanı ölkələrə bir-birlərinin hərbi texnika və vasitələrindən istifadəyə icazə verilməlidir.

“10-15 il əvvəlki müharibəni, əməliyyatları müqayisə etsək, arxa cəbhələr üçün də qızğın mübarizə aparılacağını etiraf etməliyik. Güman etməliyik ki, təcavüzkar arxa cəbhədəki rabitə xətlərini məhv etmək üçün bütün kinetik və qeyri-kinetik güc spektrindən istifadə edəcək”, - Solfrank vurğulayıb.

NATO ölkələrinin liderləri hesab edirlər ki, müdafiəni gücləndirmək üçün vaxtları məhduddur. Üzvlər iyulda Vaşinqtonda keçiriləcək sammitə qədər hərbi konvoyların NATO ölkələrinin ərazisindən sərbəst hərəkətinə imkan verəcək “hərbi Şengen” sisteminin tətbiqi ilə bağlı razılığa gəlməyə ümid edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər